Ekspert: “Azərbaycan, Gürcüstan və Türkiyə sabitlik gətirən layihələrə geniş yer verməlidir”

Ekspert: “Azərbaycan, Gürcüstan və Türkiyə sabitlik gətirən layihələrə geniş yer verməlidir”
# 21 sentyabr 2016 09:15 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. “Bakı-Tiflis-Qars dəmir yolu çox vacib layihədir. Halbuki layihənin başlanğıcında beynəlxalq aləmdən dəstək gəlmədi. Bu, Azərbaycan, Gürcüstan və Türkiyənin birlikdə həyata keçirdiyi və çox böyük vəsait tələb edən strateji layihədir”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu iqtisadiyyat üzrə professor, ekspert Vladimir Papava bildirib.

Onun sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolu “İpək Yolu” layihəsinə daxil olan beynəlxalq layihələrdən biridir. “Əvvəllər “İpək Yolu”na əsasən boru kəmərləri və nəqliyyat dəhlizi layihələri daxil idi, indi isə bura dəmir yolu layihəsi daxil edilib. BTQ regionumuzun Şərq və Qərbə inteqrasiyası üçün yeni imkanlar açır”.

V. Papava BTQ layihəsinin Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadiyyatının inkişafına kömək edəcəyini bildirib: “Ölkələrimiz sabitlik gətirən innovasiyalı iqtisadi layihələrə geniş yer verməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR