Əbülfəs Qarayev: “Bəşəriyyət daha maarifpərvər olmalıdır”

Əbülfəs Qarayev: “Bəşəriyyət daha maarifpərvər olmalıdır”
# 26 aprel 2016 13:59 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Bəşəriyyət daha maarifpərvər olmalıdır”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Alyansın Dostlar Qrupunun yüksək səviyyəli iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan qətiyyəti ilə seçilən kifayət qədər fədakar ölkə kimi tanınıb: “Azərbaycan körpü rolunu oynayan ölkə kimi seçilib. Azərbaycan Şərqlə Qərbin qovuşmasında yerləşir. Bu bizim mədəniyyətin unikallığına təsir edib. Burada müxtəlif mədəniyyətlər ayrı-seçkilik olmadan dəstəklənir. Biz BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq şəraitində işləyirik. Burada bütün mədəniyyətlərə sayğı və hörmət təbliğ olunub. Bu il Azərbaycanda multikulturalizm ili elan olunub. Azərbaycan hökuməti müstəsna əlaqələrin qurulması üçün əlindən gələni edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR