Milli Məclisdə YAP-ı təmsil edən deputatların sayı 72-yə çatdı

Milli Məclisdə YAP-ı təmsil edən deputatların sayı 72-yə çatdı
# 05 iyul 2016 13:57 (UTC +04:00)

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, YAP İdarə Heyətinin 2016-cı ilin birinci yarımillik fəaliyyəti haqqında hesabatı qəbul edilib.

Bildirilib ki, 2016-cı ildə də Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf uğurla davam etdirilib. Bəhs edilən dövrdə 90 saylı Agdaş seçki dairəsində təkrar parlament seçkisi keçirilib. Parlament seçkisində yaxından iştirak edən YAP möhtəşəm qələbə qazanıb və bununla da Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən deputatların sayı 72 nəfərə çatıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı, xalqın rifahının yüksəldilməsi, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və digər sahələrdə gördüyü işlər seçki kampaniyasında əsas yer tutub. Bildirilib ki, 2016-cı ilin müvafiq dövründə Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirməklə ölkənin ictimai-siyasi həyatında yaxından iştirakını davam etdirib: “YAP beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylərini uğurla davam etdirib. Xüsusilə müxtəlif ölkələrin aparıcı partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında işgüzar və səmimi münasibətlər daha da genişləndirilmiş, bir sıra mühüm görüşlər keçirilmişdir.

Qeyd olunmuşdur ki, 2016-cı ilin birinci yarım ilində Yeni Azərbaycan Partiyasının sıralarına 13 min nəfərdən çox yeni üzv qəbul edilib, bununla da partiya üzvlərinin sayı 679 min nəfəri keçmişdir. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib. İclasda YAP İdarə Heyətinin 2016-cı ilin birinci yarım ilinə dair hesabatı, İdarə Heyətinin 2016-cı ilin ikinci yarımilliyinə dair iş planı geniş müzakirə olunduqdan sonra qəbul olunub. İdarə Heyətinin iclasının gündəliyində duran digər məsələ “Yeni Azərbaycan” və “Səs” qəzetlərinin fəaliyyəti ilə bağlı hesabatın dinlənilməsi ilə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR