Astarada qonşusunun evini yaran şəxslər yaxalanıb

Astarada qonşusunun evini yaran şəxslər yaxalanıb
# 25 dekabr 2015 16:05 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Bu barədə APA-nın cənub bürosuna Astara RPŞ-nin baş müstəntiqi Samir Həsənov məlumat verib. O bildirib ki, saxlanılan şəxslər - Astara şəhər sakinləri, 36 yaşlı Azad Heydərov və 37 yaşlı Kamran Məmmədov Astara şəhəri, Azərbaycan küçəsi, 54 saylı mənzildən oğurluq etməkdə təqsirli bilinirlər. Belə ki, təqsirləndirilən şəxslər evin pəncərəsinin dəmir barmaqlıqlarını və plastik pəncərəni qıraraq mənzilə daxil olublar və oradan ev sahibinə məxsus 1911 manat pulu, 10 ədəd hər biri 20 manat dəyərində olan ətir, həmçinin qızıl-zinət əşyalarını oğurlayıblar. Onlar zərərçəkmiş şəxsə ümumilikdə 6431 manat məbləğində maddi ziyan vurublar.

Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR