2016-cı ilin ilk Günəş tutulması baş verib

2016-cı ilin ilk Günəş tutulması baş verib
# 09 mart 2016 09:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün 2016-cı ilin ilk Günəş tutulması baş verib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya deyib ki, Ay tutulması hadisəsi Bakı vaxtilə saat 03:20-də başlayıb, maksimum 05:57-də olub, saat 08:34-də bitib: "2016-cı ilin Günəş tutulmasının tam fazası Yerin ekvatorial hissəsində görünüb. Bu tutulma zamanı Ayın kölgəsi əsasən, Hind və Sakit okeanların üzərindən keçərək, cənub-şərqi Asiya və Avstraliyanın şimal-şərq hissələrində görünüb. Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq".

Qeyd edək ki, 2016-cı ildə 4 tutulma hadisəsi – 2 Ay, 2 Günəş tutulması baş verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR