Türkiyə Fransaya hava məkanından istifadə etməyə icazə verib

Türkiyə Fransaya hava məkanından istifadə etməyə icazə verib
# 02 dekabr 2015 19:49 (UTC +04:00)

Bakı-APA. Rəsmi Ankara Fransaya İŞİD-ə qarşı zərbələr endirmək üçün Türkiyənin hava məkanından istifadə etməyə icazə verib.

APA-nın “AFP”-yə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə XİN-dəki diplomatik mənbə bildirib.

“Türkiyə hökuməti Fransanın müvafiq sorğusuna müsbət cavab verib”, deyə mənbə bildirib.

Qeyd olunur ki, bu, Fransa hərbi təyyarələrinin “İncirlik” hərbi bazasında yerləşdirməyə imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR