Bakıda 28 yaşlı qadın dəm qazından boğulub

Bakıda 28 yaşlı qadın dəm qazından boğulub
# 11 aprel 2016 15:06 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda dəm qazı daha bir nəfərin ölümünə səbəb olub. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 28 yaşlı Fidan İrşad qızı Kərimova yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR