Ucar sakini intihara cəhd edib

Ucar sakini intihara cəhd edib
# 19 yanvar 2016 14:08 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucar rayonunda intihara cəhd edilib. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən xəbərə görə, şəhərin Şəhriyar küçəsi ev 6 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Elxan Məhəmməd oğlu Məmmədov özünə bədənin müxtəlif nahiyələrindən bıçaq və digər kəsici alətlərlə xəsarətlər yetirib və üstünə neft tökərək yandırmaq istəyib. Yaxınlıqdakı insanlar onun özünü yandırmasının qarşısı alıb.

Xəsarət alan Elxan Məmmədov təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, E. Məmmdovun başında, çiyinlərində, qarnında kəsilmiş-deşilmiş yaralar var.

Onun hansı səbəbdən intihara cəhd etməsi hələlik məlum deyil.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR