AMEA prezidenti: “İngilis dilini bilməyən adamlar elmdə addım ata bilməz” - VİDEO

AMEA prezidenti: “İngilis dilini bilməyən adamlar elmdə addım ata bilməz” - <span style="color: red;">VİDEO
# 06 noyabr 2015 09:27 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Azərbaycan Milli Elmlər Akademiyasında doktoranturaya qəbul və doktorluq imtahanları test texnologiyaları əsasında keçiriləcək. Heç kim şərtlərlə bağlı şikayət etməsin. İngilis dilini bilmək lazımdır. İngilis dilini bilməyən adamlar elmdə addım ata bilməz”. APA-nın xəbərinə görə, bunu AMEA prezidenti, akademik Akif Əlizadə deyib.

O qeyd edib ki, AMEA-da doktoranturaya qəbul olmaq istəyən gənclər ingilis dilini TOEFL səviyyəsində bilməlidir: “Gənclər elmə gələrək doktorant kimi inkişaf etmək istəyirsə ingilis dilini heç olmasa TOEFL səviyyəsində bilməlidir. İngilis dilini bilməyən gəncləri biz xarici ölkələrə praktikaya göndərə bilmirik. Gənc alimlərin keyfiyyəti yüksək olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR