Almaniyada ispan turistləri ilə dava salan rusiyalı azarkeşlər saxlanılıb

Almaniyada ispan turistləri ilə dava salan rusiyalı azarkeşlər saxlanılıb
# 17 iyun 2016 03:51 (UTC +04:00)

Bakı-APA. Almaniyada Keln kilsəsi qarşısında üç ispan turisti ilə dava salan 6 rusiyalı azarkeşdən beşi saxlanılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, rusiyalı azarkeşlər şəhərin mərkəzində ispan turistlərinə xəsarətlər yetirməkdə şübhəli bilinərək Keln polisi tərəfindən saxlanılıblar.

İspanlardan iki nəfərinə müxtəlif xəsarətlər yetirilib, bir nəfər xəstəxanaya yerləşdirilib.

Saxlanılan şəxslərdə Rusiya-İngiltərə matçına biletlər olub. Onlar ötə gün axşam Moskvaya uçmağı planlaşdırıblarmış.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR