Dövlət Komitəsi boşanma və selektiv abortlarla bağlı sorğular keçirir

Dövlət Komitəsi boşanma və selektiv abortlarla bağlı sorğular keçirir
# 03 oktyabr 2016 10:25 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda boşanma və selektiv abortların səbəblərini, bunların nəticələrini araşdırmaq və təhlillər aparmaq məqsədilə boşanmalar və selektiv abortlarla bağlı sorğu anketləri hazırlayıb.

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsindən APA-ya verilən məlumata görə, sorğunun nəticələrinə əsasən, bu problemlər cavablara uyğun olaraq öyrəniləcək və müvafiq istiqamətlər üzrə tədbirlər görüləcək.

Sorğuda müxtəlif yaş təbəqəsindən olan vətəndaşlar iştirak edə bilərlər. Sorğunu cavablandırmaq üçün Komitənin rəsmi saytında (http://scfwca.gov.az/?page_id=14666) “Sorğuda iştirak edin” bölməsinə daxil olmaq lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR