Qazaxıstanda 6 radikal islamçı saxlanılıb, onlardan biri özünü partladıb

Qazaxıstanda 6 radikal islamçı saxlanılıb, onlardan biri özünü partladıb
# 30 iyun 2016 09:32 (UTC +04:00)

Bakı – APA. Qazaxıstanın Karaqanda vilayətində 6 radikal islamçı saxlanılıb, onlardan biri özünü partladıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Vladimir Jumakanov deyib.

O bildirib ki, saxlanılan şəxslər sələfi təriqətinə aiddir. Onların hamısı Qazaxıstan vətəndaşlarıdır.

Jumakanov onu da əlavə edib ki, Karaqanda vilayətində baş verənlər Aktobedəki hadisələrlə əlaqəli deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR