“Azərbaycan Dəmir Yolları”: Hər gün sərnişin qatarlarına 10-20 ədəd əlavə vaqon qoşulur

“Azərbaycan Dəmir Yolları”: Hər gün sərnişin qatarlarına 10-20 ədəd əlavə vaqon qoşulur
# 21 mart 2016 15:58 (UTC +04:00)

Bakı-APA. Novruz Bayramı günlərində vətəndaşların dəmir yolunun xidmətlərindən daha çox istifadə etməsi ilə əlaqədar 20-27 mart 2016-cı il tarixlərində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin müəssisə və stansiyalarında fasiləsiz iş rejimi təşkil edilir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verilən məlumata görə, Sərnişin daşımaları Departamentinin kollektivi bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin edir.

Martın 21-də sərnişinlərin bayram əhval-ruhiyyəsinin qaldırmaq üçün Bakı-sərnişin stansiyasında Novruz şənliyi keçirilib. Kosa ilə yumurta döyüşməsində qalib çıxan hər kəsə Bakı-Sumqayıt elektrik qatarına pulsuz gediş bileti təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR