Ağcabədi və Cəlilabadda taxıl sahələrində yanğın olub

Ağcabədi və Cəlilabadda taxıl sahələrində yanğın olub
# 02 iyul 2016 16:25 (UTC +04:00)

Bakı-APA. Ağcabədi rayonunun Muğanlı kəndində bələdiyyəyə məxsus ərazidə 50 ha bicilmiş taxıl sahəsi yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ərazidə olan digər taxıl sahələri yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Cəlilabad rayonu, Xəlilli kəndində də bələdiyyəyə məxsus ərazidə 14 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqda olan taxıl sahələri yanğından mühafizə edilib. Yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR