Meksikanın neft gəlirləri 70 faizdən çox azalıb

Meksikanın neft gəlirləri 70 faizdən çox azalıb
# 31 yanvar 2016 04:11 (UTC +04:00)

Bakı-APA. Meksikanın energetika naziri Pedro Xokain Kolduell ölkənin neft gəlirlərinin 70 faizdən çox azaldığını bildirib.

“Neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar “Pemex” şirkətinin itkilərinin həcmi 70 faizdən çox təşkil edib”, - deyə Kolduell bildirib.

Onun sözlərinə görə, belə şəraitdə “Pemex” şirkəti beynəlxalq bazarlarında 5 mlrd dollar dəyərində istiqraz emissiyasını uğurla həyata keçirə bilib: “Vəsaitləri dondurulmuş layihələrə yönəltmək planlaşdırılır”.

Hasil edilən neftin həcminə görə dünyada 10-cu yerdə qərarlaşan Meksikanın ixracat strukturunda karbohidrogen resurslar cəmi 10 faiz paya malikdir, ixracatın qalan hissəsini isə sənaye malları təşkil edir. Buna baxmayaraq, neft gəlirləri büdcə vəsaitlərinin 18 faizini təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR