Bakı-APA. Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Bakı-Sumqayıt yolunun 26-cı kilometrliyində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik naqilləri yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.