Bakıda NATO Mobil Təlim Qrupu tərəfindən kurs keçirilir

Bakıda NATO Mobil Təlim Qrupu tərəfindən kurs keçirilir
# 20 sentyabr 2016 14:44 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən NATO-nun Ramştayn Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "Birgə HHQ Əməliyyatlarının Planlaşdırılması" mövzusunda təlim kursu keçirilir.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, kurs müddətində iştirakçılara "NATO HHQ-nin Komanda və Qüvvə strukturu", "Birgə Əməliyyatların Planlaşdırılmasının Əsas Xüsusiyyətləri" və digər mövzular barədə məlumatlar veriləcək, eləcə də işçi qruplarda fəaliyyətlər həyata keçiriləcək.

Təlim kursu sentyabrın 23-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR