İş adamını qətlə yetirməkdə, digər cinayətlərdə təqsirləndirilən radikal qrup üzvlərinin məhkəməsi davam etdirilib

İş adamını qətlə yetirməkdə, digər cinayətlərdə təqsirləndirilən radikal qrup üzvlərinin məhkəməsi davam etdirilib
# 08 fevral 2016 09:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda zərərçəkmiş şəxslərdən Hilal Becanov, Xəyal Əhmədov, Gündüz Cəfərov və həyat yoldaşı Vüsalə Cəfərova ifadə veriblər. Onlardan G. Cəfərov dəstə üzvlərinin mənzillərindən oğurladıqları pul və zinət əşyalarının qaytarılmasını tələb ediblər. Digər şəxslərin hər hansı şikayətləri və tələbləri olmayıb.

Məhkəmə prosesi fevralın 15-də davam etdiriləcək.

Qeyd edək ki, DİN-in yaydığı məlumata görə, 2014-cü il noyabrın 24-də Qəbələ şəhər sakini iş adamı Vahid Vahabovun yaşadığı evdə meyiti tapılıb. Araşdırmalarla müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan əvvəllər məhkum edilən Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib. Onlar Vahid Vahabovun yaşadığı evə basqın edərək külli miqdarda pul və qızıl- zinət əşyaları ələ keçirmək barədə qabaqcadan razılığa gəliblər. Dəstə üzvləri oğurladıqları avtomobillə Qəbələ şəhərinə gedib üzlərinə maska taxaraq Vahid Vahabovun yaşadığı mənzilə girib, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan silah-sursat götürülüb.

İstintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin bir neçə şəxsin evinə quldurluq yolu ilə basqın etdikləri də məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR