Qardaşını öldürməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Qardaşını öldürməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə  başlayıb
# 01 oktyabr 2016 07:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Apellyasiya Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Faiq Xəlilovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, F.Xəlilov münaqişə zəminində özündən 10 yaş böyük qardaşı Məlik Xəlilovu bıçaqlayaraq qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Xəlilov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR