Tikinti materialları oğurlayan Balakən sakini saxlanılıb

Tikinti materialları oğurlayan Balakən sakini saxlanılıb
# 21 aprel 2016 09:37 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə tikinti materialları oğurlayan ata və yeniyetmə oğlu haqqında cinayət işi başlayıb.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Balakən şəhər sakini Ramil Cəfərov ona məxsus yaşayış ərazisindən 5 kubmetr taxta və 105 ədəd dam örtüyünün oğurlanması ilə bağlı Balakən rayon Polis Şöbəsinə müraciət edib.

Müraciət əsasında aparılmış əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, R. Cəfərova məxsus tikinti materiallarını Balakən şəhər sakini, 1972-ci il təvəllüdlü Kamran Abdul oğlu Vasayev oğurlayıb. K. Vasayev tutularaq istintaqa təhvil verilib.

İstintaq zamanı həmçinin məlum olub ki, K. Vasayev oğurluğu 15 yaşlı oğlu Sabir Vasayevlə birgə törədib. S. Vasayev yeniyetmə olduğu üçün saxlanılmayıb.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Qeyd edək ki, III qrup əlil olan K. Vasayev ötən əsrin 90-cı illərində bir qrup şəxslə rayonda bir çox cinayətlərdə iştirak etdiyi üçün məhkumluq həyatı yaşayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR