Bakının bir neçə küçə və prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır

Bakının bir neçə küçə və prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır
# 18 aprel 2016 14:00 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakının bir-neçə küçə və prospektində yol cizgi, yol göstərici xətlərinin, həmçinin piyada zolaqlarının rənglənməsi və zəruri olan yerlərdə yol nişanlarının yenilənməsi, yeni nişanların quraşdırılması işlərinə start verilir.

“Azəravtoyol” ASC-dən "APA-Economics"ə verilən məlumata görə, yalnız işlərin aparıldığı ərazilərdə avtomobillərin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır (bir hərəkət zolağında işlər aparılan zaman digər zolaq açıq qalır və avtomobillər hərəkətlərini maneəsiz davam etdirə bilirlər).

Sadalanan işlər bu gün, yəni 18 aprel saat 16:00-dan başlayır və 19 aprel səhər 6:00-dək davam edəcək.

İşlərin aparıldığı ərazilər:

1. Tbilisi prospekti - “İzmir” dairəsindən “20 Yanvar” dairəsinədək olan hissə (hər iki istiqamət);

2. Ziya Bünyadov prospekti - “Xutor” yol qovşağından “20 Yanvar” dairəsinədək olan hissə (hər iki istiqamət);

3. Moskva prospekti - əsas yol və yan yollar, yəni “Şamaxinka” deyilən ərazi (hər iki istiqamət);

4. "Biləcəri enişi" və "Biləcəri" dairəsi;

5. Beynəlxalq Avtovağzal kompleksinin qarşısından keçən yolun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna çıxan hissəsi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR