Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ötən il ərzində gördüyü işlərə dair mətbuat konfransı keçirilib

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ötən il ərzində gördüyü işlərə dair mətbuat konfransı keçirilib
# 15 yanvar 2016 07:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2015-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev görülmüş işlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, Baş İdarə Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə aparan dövlətlər qrupu (GRECO), Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA), Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP), Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası (IAACA) kimi nüfuzlu beynəlxalq təşkilatlarla, habelə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı və bir sıra digər beynəlxalq təşəbbüslər çərçivəsində səmərəli qarşılıqlı əməkdaşlıq həyata keçirmişdir. 2015-ci il ərzində Baş prokuror Zakir Qaralovun Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) kimi nüfuzlu beynəlxalq qurumun ali idarəetmə orqanına - Assambleyasına sədrlik etməsi, habelə qarşılıqlı əlaqələrin uğurla inkişaf etdirilməsinin məntiqi nəticəsi kimi Milli Məclisin deputatı Vüsal Hüseynov 6 il müddətinə adıçəkilən təşkilatın İdarə Heyətinə üzv seçilib.

Bundan başqa, hesabat dövrü ərzində Azərbaycan Respublikası Baş Prokurorluğunun, o cümlədən Baş İdarənin Korrupsiyaya qarşı Avropa Tərəfdaşları (EPAC) şəbəkəsinə üzv qəbul olunması, Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) yeni yaradılmış anti-korrupsiya veb-saytının aparılmasının Azərbaycan Respublikası Prokurorluğuna həvalə olunması, BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Konfransının “Korrupsiyanın prevensiyası və əmlakin bərpası” mövzusunda 6-cı sessiyası zamanı Azərbaycanın müəllifi olduğu “Qabaqcıl təcrübələrin və texnoloji innovasiyaların tətbiqi vasitəsilə şəffaf, məsuliyyətli və səmərəli ictimai xidmətlərin göstərilməsinin təşviq edilməsi ilə korrupsiyanın qarşısının alınması” adlı qətnamənin qəbul olunması, beynəlxalq səviyyədə ölkəmizə, o cümlədən ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi kompleks, ardıcıl və sistemli tədbirlərə verilən yüksək qiymətin təcəssümü kimi qiymətləndirilməlidir.

Həmçinin qeyd olunub ki, cari ilin fevralında Malayziyanın Antikorrupsiya Komissiyası ilə Baş İdarə arasında imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığa vermiş olduğu əhəmiyyətin göstəricisidir.

Qeyd olunub ki, hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi, işçi heyətin yeni kadrlarla komplektləşdirilməsi məqsədi ilə müxtəlif vəzifələrə 45 kadr təyinatı aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR