Lənkəranda naməlum şəxs evə girmək istəyib

Lənkəranda naməlum şəxs evə girmək istəyib
# 12 avqust 2016 08:11 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda naməlum şəxs evə daxil olmaq istəyib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Şağlakücə kəndində qeydə alınıb. Naməlum şəxs gecə saat 02.00 radələrində nərdivanla kənd sakini Vasif Zakir oğlu Babayevə məxsus evin ikinci mərtəbəyə qalxıb. Səsə oyanan evdəki qadınlar qışqırıblar. Qışqırıq səsindən ehtiyatlanan naməlum şəxs tez aradan çıxıb.

Faktla bağlı Lənkəran şəhər-Rayon Polis Şöbəsinə də məlumat verilib. Polis əməkdaşları evə baxış keçirərək, istintaq üçün zəruri barmaq izlərini və həyətdə düşmüş siqaret qutusunu götürüblər.

Həmin şəxsin tapılması istiqamətində axtarışlar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR