Yunker: “Rusiya əleyhinə sanksiyaların müddəti uzadılacaq”

Yunker: “Rusiya əleyhinə sanksiyaların müddəti uzadılacaq”
# 21 iyun 2016 09:03 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Rusiya əleyhinə sanksiyaların müddəti iyun ayı ərzində uzadılacaq”.

APA-nın “izvestia.ru” saytına istinadən verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının sədri Jan Klod Yunker bildirib. “Hazırda aydındır ki, iyunda biz sanksiyaları uzadacağıq. Lakin qarşıdan gələn 6 ay ərzində Minsk razılaşmalarının yerinə yetirilməsinin monitorinqini də aparacağıq”, - deyə o, söyləyib.

J. K. Yunker deyib ki, sanksiyaların ləğvi birbaşa Minsk razılaşmalarının yerinə yetirilməsindən asılıdır: “Minsk protokollarındakı maddələrdən nə qədər çoxu yerinə yetirilsə, sanksiyalar da bir o qədər az olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR