"Nida" üzvünün həbs müddəti uzadılıb

"Nida" üzvünün həbs müddəti uzadılıb
# 08 sentyabr 2016 15:24 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nida" Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbs müddətinin sentyabrın 10-da bitəcəyini deyərək, bu müddətin uzadılması ilə bağlı vəsatət qaldırıb.

Vəkil Elçin Sadıqov isə Q. İbrahimovun ev dustaqlığına buraxılmasını istəyib.

Məhkəmə Q. İbrahimovun həbs qətimkan tədbirinin müddətini qeyri-müəyyən müddətədək uzadıb. Ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti isə təmin etməyib.

Proses sentyabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, Qiyas İbrahimov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunur. Xətai rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR