Bakıda avtomobil elektrik dirəyinə çırpılaraq yanıb

Bakıda avtomobil elektrik dirəyinə çırpılaraq yanıb
# 04 aprel 2016 01:31 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılıb və yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.

Yanğın zamanı avtomobilin yanar hissələri yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR