Gürcüstanlı kinoloqlar Bakıda təlim keçiblər

Gürcüstanlı kinoloqlar Bakıda təlim keçiblər
# 22 fevral 2016 15:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu yaxınlarda Gürcüstan Gəlirlər Xidmətinin Gömrük İdarəsinin üç kinoloq əməkdaşına Azərbaycan Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin bazasında keçirilən təlim kursu başa çatıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iki-üç ay ərzində davam edən bu təlim kursuna gürcüstanlı kinoloqlar iki xidməti itlə qatılıb və təlim narkotik vasitələrin axtarışı üzrə aparılıb.

Sözügedən əməkdaşlara kursun sonunda Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin xüsusi sertifikatı verilib. Həmçinin Gürcüstan tərəfinə narkotik vasitələrin axtarışı üzrə əlavə olaraq iki xidməti axtarış iti hədiyyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR