Prokuror Bakıda iki qardaşı öldürən şəxsə ömürlük həbs cəzası istəyib

 Prokuror Bakıda iki qardaşı öldürən şəxsə ömürlük həbs cəzası istəyib
# 02 mart 2016 08:50 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Sahil qəsəbəsində iki qardaşı qətlə yetirməkdə təqsirləndirilən Zaur Tərlanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, məhkəmədə prokuror çıxış edərək Zaur Tərlanovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi martın 14-də davam edəcək.


Qeyd edək ki, 2014-cü il yanvarında Sahil qəsəbəsində Zaur Tərlanov yolun kənarında dayanmış “Lexus” markalı avtomobildə olan qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarını odlu silahla qətlə yetirib. Hadisənin qız üstündə baş verdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR