Neftçilər günü münasibəti ilə tədbir keçirilib

Neftçilər günü münasibəti ilə tədbir keçirilib
# 20 sentyabr 2016 16:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda 20 sentyabr - Neftçilər günü münasibəti ilə bağlı tədbir keçirilib.


"APA-Economics" xəbər verir ki, tədbirdən əvvəl ötən il Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Günəşli” yatağında baş vermiş qəza nəticəsində dünyasının dəyişən neftçilərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev 22 il əvvəl imzalanan "Əsrin müqaviləsi"ndən geniş danışıb.

O bildirib ki, "Şahdəniz" yatağından bu günə qədər 75 mlrd. kubmetr qaz hasil edilib: "Bu yataqdan 19 milyon ton kondensat hasil edilib. Bu qazın 16 milyard kubmetri TANAP kəməri ilə Türkiyəyə, 10 milyard kubmetri isə TAP kəməri ilə Avropaya nəql olunacaq".

R. Abdullayev əlavə edib ki, Cənub Qaz Boru Kəmərinin Genişlənməsi layihəsinin vaxtında icra olunması üçün heç bir problem yoxdur.

Daha sonra şirkət rəhbəri SOCAR-ın Azərbaycanda və xaricdə icra etdiyi layihələrdən ətraflı danışıb.

"Şirkətimiz günü-gündən böyüyür. Bütün uğurlarımızın arxasında neftçilərin ağır zəhməti dayanır", - deyə o bildirib.

Tədbirdə iştirak edən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel bildirib ki, təmsil etdiyi şirkət və konsorsium üzvləri "Azəri-Çıraq-Günəşli" yatağından dünya bazarına 3 mlrd. barel neft ixrac edib. "Biz SOCAR-la birgə çalışaraq böyük uğura nail olmuşuq", - deyə Q. Birrel gələcəkdə də SOCAR-la əməkdaşlığın genişləndirilməsinə ümidvar olduğunu qeyd edib.

Q. Birrel Azərbaycan neftçilərini peşə bayramı münasibətilə təbrik edib və onlara gənc rəssam Kəmalə Abdullayevanın əsərini hədiyyə edib.

Ardınca peşə fəaliyyətində fərqlənən neftçilər şirkət rəhbərliyi tərəfindən təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR