Ağdamda iki maşın toqquşub, xəsarət alan var

Ağdamda iki maşın toqquşub, xəsarət alan var
# 14 fevral 2016 12:36 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı-APA. Ağdam rayonun Quzanlı qəsəbəsində yol-nəqliyyat hadisəsi bas verib.

Ağdam rayon Polis Şöbəsindən Dövlət Yol Polis Bölməsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, rayon sakini Quliyev Tural Fəqan oğlunun idarə etdiyi 02 BN 569 qeydiyyat nişanlı VAZ-2106 markalı avtomobil Çingiz Həsənovun idarə etdiyi 02 BO 681 qeydiyyat nişanlı VAZ 21015 markalı avtomobilin yoluna çıxıb və ona çırpılıb.

Hadisə nəticəsində VAZ 2106- da olan sərnişin, 5 yaşlı Həsənzadə Məhəmməd Pərviz oğlu xəsarət alıb. Yaralı Ağdam Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, azyaşlı ilkin müayinədən sonra evə göndərilib.

Faktla bağlı Ağdam rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR