Azərbaycan şirkətləri Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinə 820 mln. dollar xərcləyəcək

Azərbaycan şirkətləri Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinə 820 mln. dollar xərcləyəcək
# 29 iyun 2016 11:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihəsinin ümumi dəyəri 4,9 mlrd. ABŞ dolları təşkil edir.

"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bildirib.


Onun sözlərinə görə, layihədə iştirak edən Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilə qədər ümumilikdə 820 mln. dollar olması gözlənilir.

İdarə rəisi deyib ki, genişləndirmə nəticəsində boru kəmərinin ötürmə qabiliyyəti əlavə 16 mlrd. kubmetr artırılaraq 23,4 mlrd. kubmetr səviyyəsinə çatdırılacaq: "Beləliklə, ümumi qaz nəqli həcmi 2 dəfə artacaq. Yeni boruların uzunluğu Azərbaycan ərazisindən 424 km, Gürcüstan ərazisindən 61 km, TANAP kəməri ilə ara bağlantısında 2 km olacaq".

V. Əliyev deyib ki, bu ilin may ayının sonuna olan məlumata görə, layihə üzrə yerinə yetirilmiş iş həcmi 57,4% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR