MSK təkrar seçkilərin keçiriləcəyi 90 saylı Ağdaş DSK-nın yeni tərkibini təsdiqləyib

MSK təkrar seçkilərin keçiriləcəyi 90 saylı Ağdaş DSK-nın yeni tərkibini təsdiqləyib
# 16 aprel 2016 10:26 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK-nın nəzdində Ekspert Qrupunun yaradılması məsələsi müzakirəyə çıxarılıb.


APA-nın məlumatına görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.


MSK Ekspert Qrupunun yaradılması barədə qərar verib. MSK iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə MSK-nın nəzdində İşçi Qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi barədə də qərar qəbul edib. MSK-nın iclasında 90 saylı Ağdaş Seçki Dairəsi Dairə Seçki Komissiyasının tərkibinin formalaşdırılması məsələsinə də baxılıb. MSK 90 saylı Ağdaş Dairə Seçki Komissiyasının yeni tərkibini təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR