Azərbaycan, Qazaxıstan, İran, Gürcüstan və Türkmənistan dəmir yolu və dəniz qurumları rəhbərlərinin görüşü keçirilib

Azərbaycan, Qazaxıstan, İran, Gürcüstan və Türkmənistan dəmir yolu və dəniz qurumları rəhbərlərinin görüşü keçirilib
# 01 mart 2016 07:06 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Qazaxıstan, İran, Gürcüstan və Türkmənistanın dəmir yolu və dəniz qurumları rəhbərlərinin beştərəfli görüşü keçirilib.

Tədbirdə «Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

«Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat Katibliyinin rəisi Nazir Əzməmmədov APA-ya bildirib ki, görüşdə «Şərq-Qərb» multimodal nəqliyyat dəhlizinin inkişafı, regiondakı mövcud nəqliyyat infrastrukturu ilə tanışlıq, potensialların və perspektivlərin qiymətləndirilməsi, marketinq və yükdaşıma bazarının öyrənilməsi, tranzit yüklərin cəlb olunması üzrə birgə fəaliyyət, birgə nəqliyyat-logistika şirkətlərinin yaradılması və tranzit yük axınının artırılması üzrə birgə tədbirlərin işlənib hazırlanması, vahid tariflərin və sənədlərin tətbiqi, gömrük-nəqliyyat prosedurlarının optimallaşdırılması məsələləri müzakirə olunub.

Tədbir çərçivəsində C. Qurbanovla Tükmənistan dəmir yolu naziri Bayram Annemeredov, «Gürcüstan Dəmir Yolu» SC-nin sədri Mamuka Baxtadze və İran Dəmir Yolunun vitse-prezidenti Huseyn Aşuri arasında ikitərəfli görüşlər keçirilib.

Nümayəndə heyətləri Türkmənbaşı limanına baxış keçirib.

Görüşün yekununa dair müvafiq sənəd imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR