Daş karxanasında qətl törədən şəxsin şikayəti təmin edilməyib

Daş karxanasında qətl törədən şəxsin şikayəti təmin edilməyib
# 08 yanvar 2016 07:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Nurəddin Məmmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin qərarı ilə şikayət təmin edilməyib.

Qeyd edək ki, 2014-cü il mayın 25-də Səngəçal qəsəbəsinin ərazisində yerləşən daş karxanasında Nurəddin Məmmədov münaqişə zəminində orada işləyənlər - Cəlilabad rayon sakinləri Qabil Həsənov və Fəryaz Məmmədovu bıçaqlayıb.

Xəstəxanaya yerləşdirilən Fəryaz Məmmədov mayın 26-da ölüb, Qabil Həsənova tibbi yardım göstərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan N. Məmmədov apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR