“Azəravtoyol”: Bu axşam Qara Qarayev prospektinin bir hissəsində nəqliyyatın hərəkəti mümkün olacaq

“Azəravtoyol”: Bu axşam Qara Qarayev prospektinin bir hissəsində nəqliyyatın hərəkəti mümkün olacaq
# 08 avqust 2016 14:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Qara Qarayev prospektinin bir hissəsində təmir işləri başa çatıb.

Bu barədə “APA-Economics”ə “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.

Məlumata əsasən, bu gün axşam saatlarında Qara Qarayev prospektinin bu hissəsində nəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək.

Qeyd edək ki, təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 5-dən Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən ( “8-ci km. bazarı” ) Bəhruz Nuriyev küçəsi ilə kəsişməyədək olan hissəsində ( “Laçın” ticarət mərkəzi ) avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR