DİN-in səyyar xidməti Masazırda 103 nəfərə şəxsiyyət vəsiqəsi verib

DİN-in səyyar xidməti Masazırda 103 nəfərə şəxsiyyət vəsiqəsi verib
# 06 fevral 2016 08:59 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə bütün bölgələrdə şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, işin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbir Abşeron rayonunda baş tutub.

Masazır qəsəbəsində yerləşən, hər iki valideyn himayəsindən mərhum olunmuş şəxslərin yaşadıqları Məzun Evində keçirilmiş səyyar xidmət zamanı ümumilikdə 103 nəfərə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi prosesi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR