Məktəbi bitirə bilməyən şagirdlər üçün eksternat imtahanlar keçiriləcək

Məktəbi bitirə bilməyən şagirdlər üçün eksternat imtahanlar keçiriləcək
# 29 mart 2016 08:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 11, 12, 13 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qeydiyyat 1-20 aprel tarixlərində, iş günləri saat 14:00-dan 17:00-dək aparılacaq. Sənəd qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsində həyata keçiriləcək.

Eksternat imtahanları Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaq. Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 4, 5, 6 may tarixlərində saat 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər.

İl məhdudiyyəti qoyulmadan istənilən şəxs müraciət edərək ekstern imtahanlarında iştirak edə bilər. İmtahan 3 gün ərzində əsas fənlər üzrə keçiriləcək. Eksternlərin hər günə ən çoxu 5 fənn üzrə imtahan verməsi nəzərdə tutulub, hər imtahan günü üçün 3 saat vaxt təyin edilib. Eksternlər hər fənn üzrə 10 suala cavab verəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR