Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 26 Yanvar

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 26 Yanvar
# 26 yanvar 2016 17:00 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

OPEK bazarda yerini itirməkdən ehtiyat edir. Kartel hasilatı tək tərəfli qaydada azaltmağa qərar verərsə, bu neftin qiymətini ən qısa müddətdə bahalaşdıracaq. Amma bu bahalaşma kimə xeyir verəcək - OPEK üzvlərinə, yoxsa karteldə təmsil olunmayan neft ölkələrinə? Məsələn, gündəlik hasilat 1 milyon barel azaldılarsa, OPEK üzvləri gündə indiki qiymətlə 30 milyon dollar itirmiş olurlar. Lakin neftin bahalaşması bu itkini tam şəkildə kompensasiya etmiş olur. Yəni, OPEK üzvləri hasilatı azaltsalar da, gəlirləri azalmır. Amma paralel olaraq məsələn, Rusiyanın neft gəlirləri də artmış olur. Həm də əvvəlkindən də çox. Rusiya həm bazara çıxardığı nefti daha baha satmaq imkanı qazanır, həm də bazara əlavə neft çıxarmaq şansı əldə edir. Deməli, hazırda OPEK-in yürütdüyü siyasət “hamımız zərər edək” siyasəti, hasilatı azaltmaq qərarı isə “Rusiya qazansın” siyasətidir. Bu mənada OPEK rəhbərinin irəli sürdüyü şərt məntiqli görünür. “Biz hasilatı azaldırıq, siz də azaldın” şərtindən sonra top qarşı tərəfdədir. Şərtin ödənilməsinə mane olan bir məsələ var - dünyanın bütün neft ölkələrini bir yerə toplayacaq platformanın olmaması...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR