Göyçayda 80 yaşlı kişini ilan sancıb

Göyçayda 80 yaşlı kişini ilan sancıb
# 25 avqust 2016 21:33 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayon sakinini ilan sancıb. APA-nın yerli bürosunun xəbərinə görə hadisə Göyçay şəhərinin A.Məmmədxanlı küçəsindəki 18 saylı evin həyətində baş verib. Şəhər sakini 1936-cı il təvəllüdlü Xudiyev Tahir Abil oğlu həyətdə gəzərkən çəmənlikdəki ilan qəflətən onu sancıb. Tahir Xudiyev təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

O, hazırda xəstəxanada müalicə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR