Turizm zonalarının Baş inkişaf planları hazırlanacaq

Turizm zonalarının Baş inkişaf planları hazırlanacaq
# 01 sentyabr 2016 17:46 (UTC +04:00)

Bakı – APA. Azərbaycanda Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının Baş inkişaf planları hazırlanacaq.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncamda bildirilir.

Mədəniyyət və Turizm Nazirliyinə Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının Baş inkişaf planlarını hazırlayıb təsdiq etmək və onların pasportlarının dövlət qeydiyyatına alınmasını təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR