Mingəçevir sakini elektrik cərəyanı vurması nəticəsində ölüb

Mingəçevir sakini elektrik cərəyanı vurması nəticəsində ölüb
# 21 noyabr 2015 12:31 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Nizami küçəsindəki yaşayış binasında baş verib.

Şəhər sakini 1949-cu il təvəllüdlü İbrahimov Sadəddin Zaməddin oğlu elektrik xətlərində birləşdirmə işləri apararkən ehtiyatsızlıq edib və qəflətən cərəyan onu vurub. S. İbrahimov aldığı xəsarət səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR