Erməni silahlı bölmələri sutka ərzində atəşkəsi 13 dəfə pozub

Erməni silahlı bölmələri sutka ərzində atəşkəsi 13 dəfə pozub
# 17 avqust 2016 07:22 (UTC +04:00)

Bakı - APA. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Voskevan, İcevan rayonunun Vozaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri də atəşə məruz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR