İSESCO İcraiyyә Şurasının sәdri: “İslam həmrəyliyini gücləndirməliyik”

İSESCO İcraiyyә Şurasının sәdri: “İslam həmrəyliyini gücləndirməliyik”
# 26 noyabr 2015 09:43 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Biz islam birliyini güclәndirmәliyik”.

APA-nın mәlumatına görә, bu sözlәri İSESCO İcrayyә Şurasının sәdri Boubakar Doukoure qurumun Baş Konfransının Bakıda keçirilən iclasında deyib. O bildirib ki, islam birliyinә daxil olan ölkәlәr arasındakı sıx münasibәtlәrin yaradılması tәkcә siyasәtin vә siyasәtçilәrin mәqsәdi deyil: “Burada elm, tәhsil, mәdәniyyәt mәsәlәlәri dә önәm daşıyır. Son illәr İSESCO-nun әldә etdiyi nailiyyәtlәrin şahidi oluruq. Tәşkilat islam dövlәtlәri arasındaki münasibәtlәri gәlәcәkdә dә güclәndirәcәk. İSESCO vәzifәlәrini genişlәndirmәli, rolunu daha da güclәndirmәlidir. Bu sessiya nә qәdәr uğurlu olarasa, tәşkilat daha güclü olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR