Ağstafada yol qəzası olub, yaralılar var

Ağstafada yol qəzası olub, yaralılar var
# 17 dekabr 2015 20:03 (UTC +04:00)

Ağstafa. Azər Məmmədli – APA. Ağstafada iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Ağstafa şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili ilə “KAMaz” markalı yük maşınının toqquşması nəticəsində “Mercedes”də olan iki nəfər, Ağstafa rayon sakinləri, 1989-cu il təvəllüdlü Əvəz Alıməmmədov və 1988-ci il təvəllüdlü Orxan Yusibov müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR