Rumıniyada neft emalı zavodunda partlayış olub, xəsarət alanlar var

Rumıniyada neft emalı zavodunda partlayış olub, xəsarət alanlar var
# 22 avqust 2016 19:04 (UTC +04:00)

Bakı-APA. Rumıniyanın Nevodar şəhərində “Petromidiya” neft emalı zavodunda güclü partlayış baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 4 nəfər yanıq xəsarəti alıb.

İlkin məlumata əsasən, zavodda benzin nasosu və iki azot çəni partlayıb. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Qeyd edək ki, “Petromidiya” neft emalı zavodu Qazaxıstanın “KazMunaiGaz” şirkətinə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR