AMB üç sığorta şirkəti ilə müqavilə imzalayıb

AMB üç sığorta şirkəti ilə müqavilə imzalayıb
# 07 oktyabr 2016 06:33 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət birləşdirilmiş sığorta xidmətləri toplusu üzrə açıq tenderin nəticələri açıqlanıb.

"APA-Economics" Tender komissiyasının yaydığı məlumata istinadən xəbər verir ki, AMB tərəfindən əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortasından ibarət olan birləşdirilmiş sığorta paketi proqramı üzrə elan edilmiş açıq tenderdə əsas vəsaitlərin sığortası üzrə "Paşa Sığorta" ASC, nəqliyyat vasitələrinin (CASCO) sığortası üzrə “AXA Mbask" ASC və nağd pulun sığortası üzrə "Meqa Sığorta" ASC qalib elan edilib.

Qalib şirkətlərlə satınalma müqaviləsi imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR