Şamaxıda 27 yaşlı qadın 5-ci mərtəbədən yıxılaraq ölüb

Şamaxıda 27 yaşlı qadın 5-ci mərtəbədən yıxılaraq ölüb
# 11 avqust 2016 16:03 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov - APA. Şamaxı rayonunda bədbəxt hadisə baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:00 radələrində Şamaxı şəhərinin Şirvan küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Şəhər sakini 1989-cu il təvəllüdlü Abdurrəhmanova Şəhla Elşad qızı yaşadığı evdə pəncərə şüşələrini silib təmizləyərkən ehtiyatsızlıq edib və binanın 5-ci mərtəbəsindən yıxılıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan Şəhla Abdurrəhmanova təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq bir uşaq anası olan Şəhla Abdurrəhmanova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR