"CDB Bank" Qubada filial açıb

"CDB Bank" Qubada filial açıb
# 05 sentyabr 2016 11:29 (UTC +04:00)

Bakı - APA-Economics. İnnovativ bank xidmətləri ilə tanınan "Caspian Development Bank " ASC-nin ("CDB Bank") Qubada filial açıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, şimal bölgəsində ölkə vətəndaşlarının bank xidmətlərinə olan tələbatını həyata keçirəcək filial Quba şəhəri Heydər Əliyev prospekti, məhəllə 21 ünvanında yerləşir.

Müasir bina ilə təmin olunmuş filial "CDB Bank"ın ümumi konsepti əsasında dizayn edilib və burada müştərilərin rahatlığını təmin etmək məqsədilə lazımi şərait yaradılıb. Peşəkar mütəxəssislərin xidmət göstərdiyi filialda müştərilər müasir bank xidmətlərinin bütün növlərindən istifadə edə biləcəklər. "CDB Bank"ın Quba filialı müştərilərinə kassa-hesablaşma əməliyyatları, kredit, əmanət, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif edir.

Filialın xidmətlərindən Quba şəhəri ilə yanşı, qonşu rayonların sakinləri də faydalana biləcəklər.

Daha ətraflı məlumatı 1545 qısa nömrəsinə zəng vurmaqla və www.cdbbank.az saytından əldə edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR