“Qəbələ” ilə “Qarabağ”ın Avropa Liqasındakı rəqibləri məğlub olub

“Qəbələ” ilə “Qarabağ”ın Avropa Liqasındakı rəqibləri məğlub olub
# 22 avqust 2016 00:56 (UTC +04:00)

Bakı-APA. Sloveniya çempionatında 6-cı tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Maribor” evdə “Aluminiy”lə qarşılaşıb.

Turnir cədvəlinin “zirzəmisi”ndə qərarlaşmış komanda ilə görüşdə “Qəbələ”nin rəqibi 0:2 hesablı məğlubiyyətə üzülüb. Bu oyundan sonra hesabında 8 xal olan “Maribor” 5-ci pillədə qərarlaşıb. Qeyd edək ki, “Qəbələ” və “Maribor” arasında cavab oyunu avqustun 25-də baş tutacaq. Bu komandaların Bakıda keçirilmiş ilk oyunu təmsilçimizin qələbəsi ilə nəticələnmişdi - 3:1.

İsveç çempionatının 19-cu turunda Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Höteborq" səfərdə "Hammarbü" ilə üz-üzə gəlib. Görüş qonaqların 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Qeyd edək ki, "Qarabağ"ın rəqibi 19 oyundan sonra 32 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR