Azad Rəhimov İsmayıllıda vətəndaşları qəbul edəcək

Azad Rəhimov İsmayıllıda vətəndaşları qəbul edəcək
# 09 sentyabr 2016 10:19 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 16-da İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Şəki, İsmayıllı, Balakən, Oğuz, Qax, Qəbələ, Zaqatala şəhər və rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11.00-da Heydər Əliyev Mərkəzində başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR